"Bu, Azərbaycanla keçirəcəyimiz qarşılaşma üçün yaxşı hazırlıq idi"

18 Noyabr 2023 03:30 Milli komanda 555
"Bu, Azərbaycanla keçirəcəyimiz qarşılaşma üçün yaxşı hazırlıq idi"

Avro-2024-ün seçmə mərhələsində millimizin rəqibi olan Belçika seçməsi Serbiya ilə yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma "qırmızı şeytanlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Belçika yığmasının futbolçusu Artur Vermeeren matçdan sonra açıqlama verib. 18 yaşlı yarımmüdafiəçi qrupu ilk pillədə başa vurmaq istədiklərini deyib:

"Qrupu birinci pillədə başa vurmaq üçün qalib gəlmək istəyirik. Serbiya ilə matç bazar günü Azərbaycanla keçirəcəyimiz qarşılaşma üçün yaxşı hazırlıq idi".

Belçika - Azərbaycan görüşü 19 noyabr tarixində baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti