Millidən yalnız o Belçikaya uçmadı

18 Noyabr 2023 02:00 Milli komanda 850
Millidən yalnız o Belçikaya uçmadı

Azərbaycan milli komandası Belçikaya yollanıb.

Sportinfo.az xəbər verir ki, yığma komandamız AVRO-2024-ün seçmə mərhələsində F qrupunun son görüşündə Brüsseldə yerli komanda ilə qarşılaşacaq. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv çarter reysi ilə Bakıdan birbaşa Brüsselə uçub.

Bütün futbolçular, o cümlədən diskvalifikasiya olunmuş Ramil Şeydayev və zədəli Emil Səfərov da səfərdə yer alıb. Yalnız İsveçlə görüşdə qırmızı vərəqə alan və qarşıdakı oyunu buraxacaq Bəhlul Mustafazadə Belçikaya uçmayıb.

Belçika - Azərbaycan matçı noyabrın 19-da Brüsseldəki “Rua Boduen” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti