Şahruddin üçün ən dəyərli... “Oradakı məğlubiyyətin təsadüf olduğunu sübut etdik”

18 Noyabr 2023 00:30 Milli komanda 723
Şahruddin üçün ən dəyərli... “Oradakı məğlubiyyətin təsadüf olduğunu sübut etdik”

“Bu qələbə ilə İsveçdəki məğlubiyyətin təsadüf olduğunu sübut etdik”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev İsveçə 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı “championat.com” saytına açıqlamasında deyib.

29 yaşlı qolkiper inamlı qələbə qazandıqlarını bildirib:

“Bu, mənim üçün millidə ən dəyərli qələbədir. Doğma azarkeşlərimiz önündə güclü rəqibi 1:0 deyil, 3:0 hesabı ilə məğlub etdik.

Yüksək motivasiyalı idik. Öz meydanımızda qələbə qazanmaq istəyirdik.

Planlaşdırdığımız hər şey baş tutdu. Düşünürəm ki, qırmızı vərəqə olmasaydı, daha yaxşı oynaya bilərdik”.

Şahruddin Məhəmmədəliyev Azərbaycan millisinin heyətində 25 oyuna çıxıb.

Komandamız cari tsiklin son matçını noyabrın 19-da Brüsseldə Belçikaya qarşı keçirəcək. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv 7 xalla F qrupunda 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO