Millmizin qələbəsini şübhə altına aldılar: "Komandamız bu oyuna görə utanmalıdır”

17 Noyabr 2023 23:20 Milli komanda 911
Millmizin qələbəsini şübhə altına aldılar: "Komandamız bu oyuna görə utanmalıdır”

Sportinfo.az xəbər verir ki, İsveç millisinin Avro-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycana məğlubiyyəti (0:3) bu ölkədə narazlıqla qarşılanıb.

"Expressen" nəşrində dərc olunan yazıda qeyd olunur ki, dünya reytinqində 120-ci pillədə olan Azərbaycana məğlubiyyət anlaşılmazdır.

Serb əsilli isveçli futbol mütəxəssis Boyan Corcoviç isə bildirib:

"Komandamızı bu qədər ləng və həvəssiz görmək tamamilə qəbuledilməzdir. Futbolçular bu oyunlarına görə utanmalıdırlar. Belə olmamalıdır".

Corcoviç qeyd edib ki, İsveç milli komandası ən pis günündə belə, Azərbaycana uduzmamalıdır:

"İsveç millisinin nə vaxt belə bərbad oyun nümayiş etdirdiyini xatırlamıram".

Futbol təhlilçisi Ola Lidmark Erikssonun yazdığına görə, hazırda İsveş millisi bütün tarixi ərzində ən acınacaqlı beynəlxalq reytinqə malikdir.

"Hazırda komanda FİFA reytinqində 46-cı pillədədir. Bunadək ən aşağı mövqe 1980-ci ildə olmuşdu. Həmin vaxt İsveç 42-ci yeri tuturdu".

İsveç millisi Avro-2024-də sonuncu seçmə oyunu bu həftənin bazar günü evdə Estoniyaya qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti