Millimiz Belçikaya yollandı

17 Noyabr 2023 17:20 Milli komanda 1 139
Millimiz Belçikaya yollandı

AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə üz-üzə gələcək Azərbaycan millisi səfərə yollanıb.

Sportinfo.az xəbər verir ki, yığma üzvləri çarter reysi ilə sözügedən ölkəyə gediblər.

AFFA-nın baş katibi Sərxan Hacıyev, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da səfərə yollanıblar.

Azərbaycan millisi ötən gün Bakıda İsveçi üç cavabsız qolla üstələyib. Noyabrın 19-da reallaşacaq Belçika - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO