Avro-2024-ün seçmə mərhələsinin Azərbaycan - İsveç matçından öncə (3:0) milli karyerasını bitirən futbolçulara xüsusi plaket təqdim olunub.
Həmin oyunçular arasında yer alanlardan biri də ötən mövsümü “Şamaxı”da keçirmiş Elvin Məmmədov olub.
35 yaşlı sabiq orta xətt oyunçusu bununla bağlı fikirlərin Sportinfo.az-la bölüşüb:
“AFFA rəhbərliyi sağ olsun. Kimin əməyi varsa, həm öz adımdan, həm də futbolçular adından təşəkkürümü bildirirəm.
Həqiqətən bizi sevindirdilər. Açığı, belə bir addım gözləmirdim.
Düzdür, milli komandanın bir neçə oyununa dəvət ediblər getmişik. Lakin bu dəfə daha fərqli oldu.
Bizi yaddan çıxarmadıqlarını göstərdilər. Bu tendensiya davam etsə, yaxşı olar.
Belə addımlar həm də karyerasın bitirən futbolçunun gələcək karyerası üçün də müsbət motivasiyadır”.
“Turan”ın yetirməsi olan Elvin Məmmədov karyerası ərzində “İnter”, “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib. O, 2008-2017-ci illərdə Azərbaycan millisinin heyətində 38 oyun keçirib, 7 qol vurub.
XANOĞLAN

