Aldanmaq və axmaq qərar vermək qorxusu

17 Noyabr 2023 17:40 Milli komanda 1 064
Aldanmaq və axmaq qərar vermək qorxusu

(Mövlanə buyurub ki, korlar bazarında güzgü satma, karlar bazarında qəzəl atma)

Hər qələbə gözəldir.

Bunu imtina edəni, bu həzzi yaşamaqdan boyun qaçıranı tanımıram. Kim məğlubiyyətin üzüntüsünü dadmaq, o cəfanı, kədəri çəkmək istəyər ki…

Mövqeyim dəyişməyib - Canni De Byazi Azərbaycandan yola salınmalıdır. İsveçlə qarşılaşmanın nəticəsinə isinib, əsas problemlərimizi yaddan çıxarmamalıyıq.

Lap seçmə mərhələnin son turunda Belçikaya səfərdə qalib gəlsək belə, AFFA doğru və eyni zamanda, tarixi qərarı verməkdən çəkinməməlidir.

İtaylanı dördüncü müddətə millinin başında saxlamaq böyük axmaqlıq olardı. Mən inanmaq istəyirəm ki, AFFA-nın idarəçiləri arasında ağlı başında olan, uzaqgörən, sabahı düşünən şəxslər az deyil.

İsveçlə qarşılaşma epizodik döyüşdür, seçmə mərhələ isə müharibə marafonudur. Komandamız bu etapda qrupdan çıxmaq vəzifəsinin öhdəsindən gəlməyibsə, De Byazi niyə postunda saxlansın ki?

Hər seçmə mərhələnin sonuna yaxın 1-2 təsadüfi, ciddi əhəmiyyəti olmayan qələbə qazanılacaq deyə, futbolumuz italyanın girovluğunda qalmamalıdır.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti