Millidə günahkar odur! Bir qələbə ilə səadət olur? - VİDEO

17 Noyabr 2023 13:00 Milli komanda 1 076
Millidə günahkar odur! Bir qələbə ilə səadət olur? - VİDEO

Millimiz Avro-2024-ün seçmə mərhələsində İsveçə 3:0 hesabı ilə qalib gəldi.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, əsas məsələ oyunçuların keyfiyyət fərqidir:

"İllərdir deyirik ki, belə qələbələr vacibdir. Amma baxmaq lazımdır ki, hansı komandaya və nə vaxt oynayırıq.

De Byazi qrupda bu vəziyyətdə olmağımızın əsas günahkarıdır. Heyətimizdə legioner həyatı yaşayan önəmli futbolçular var. Amerika kəşf etməyə ehtiyac yoxdur.

Millimiz oyuna ilk 8 dəqiqədə vurduğu iki qolla üstün başladı. Belə ki, rəqibin hücumları zamanı müdafiə xəttini irəli çəkən isveçlilər arxa zonada boşluqlara yol verdilər.

Bundan yararlanan futbolçularımız qazanılan toplara zamanında sürət verməklə uzun ötürmələrlə isveçli həmkarlarını azlıqda yaxaladılar.

Son həftələrdə formada olan və "Hatayspor"dakı performansı ilə diqqət mərkəzində yer alan Renat Dadaşovun həm toplu, həm də topsuz oyunda mövqe seçimləri komandamıza üçüncü zonada vacib üstünlüklər qazandırdı.

Belə ki, Renat həm məhsuldar ötürməsi, həm də vurduğu qolla komandamızı hesabda 2:0 irəli çıxardı. Yəni, düzgün strategiya, düzgün seçim həmişə nəticə verir".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti