Emin Mahmudov deyir ki: "Həmişə yadımda qalacaq"

17 Noyabr 2023 09:20 Milli komanda 944
Emin Mahmudov deyir ki: "Həmişə yadımda qalacaq"

"Bu oyun həmişə yadımda qalacaq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov Bakıda İsveç yığmasına 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli futbolçu azarkeşləri sevindirdikləri üçün çox xoşbəxt olduqlarını bildirib:

"Onlar da bizdən yaxşı oyun və qələbə gözləyirdi. Bu gün vuruşduq və istədiyimiz nəticəni qazandıq".

Yarımmüdafiəçi sonuncu turda bazar günü Belçikaya qarşı keçirəcəkləri matça da toxunub:

"Bu, yüksək səviyyəli rəqibdir. Yaxşı oyunçuları var.

Yenə də əlimizdən gələni edəcəyik. Belə komandalara qarşı bəxtimiz də olmalıdır".

Yığmada 13-cü qoluna imza ataraq Qurban Qurbanova (14 qol) yaxınlaşan Mahmudov əsas məqsədinin komandaya xeyir vermək olduğunu vurğulayıb:

"Qollar vurduğum üçün də sevinirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti