Rövnəq Abdullayev: "Onun "fatihə"sini verməkdənsə..."

16 Noyabr 2023 23:30 Milli komanda 1 135
Rövnəq Abdullayev: "Onun "fatihə"sini verməkdənsə..."

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda İsveç yığmasını 3:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

- Milli axır ki, bizləri, azarkeşləri sevindirdi. Bu, artıq bir dönüşdür. Çempionatımız çox maraqlı gedir. Lider, axırda qalan yoxdur. Bugünkü oyun da bunun nəticəsidir. Hamını təbrik edirəm.

- Bu qələbədən sonra Canni De Byazinin baş məşqçi postunda qalması nə dərəcədə realdır?

- Hələ bu məsələ müzakirə olunmur. Bu, AFFA İcraiyyə Komitəsinin işidir. Qarşıda bir oyun var. De Byazinin fatihəsini verməkdənsə, ona uğurlar arzulayaq ki, komanda Belçikada yaxşı oyun göstərsin.

- Belçikadakı nəticə baş məşqçi üçün həlledici olacaq?

- Bəli. Hər şey ola bilər. Bu gün komandaya uğurlar arzulayaq ki, uşaqlar bu əhval-ruhiyyə ilə Belçikaya qarşı yaxşı mübarizə aparsın.

- Mart ayında yenidən AFFA -nın prezidenti vəzifəsində qalacaqsınız?

- Ona baxarıq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO