Azərbaycanla oyundan əvvəl itki ilə üzləşdilər

17 Noyabr 2023 03:00 Milli komanda 666
Azərbaycanla oyundan əvvəl itki ilə üzləşdilər

Avro-2024-ün seçmə mərhələsində son oyununu Azərbaycan millisinə qarşı keçirəcək Belçika yığmasında itki baş verib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı müdafiəçi Zinyo Vanheusden sıradan çıxıb.

Bununla bağlı məlumatı Belçika FUtbol Federasiyası yayıb.

"Standard”ın futbolçusu son oyunda xəsarət alıb və millinin məşqçilər korpusu mərkəz müdafiəçisinin adını iştirak ərizəsindən çıxarıb.

Baş məşqçi Domeniko Tedeskonun Zinyonu əvəzləyəcəyi, yoxsa 25 futbolçu ilə davam edəcəkləri barədə məlumat verilməyib.

Belçika yığması noyabrın 19-da seçmə mərhələnin son qarşılaşmasında Azərbaycanla qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti