Ramil Şeydayev Belçika ilə oyunda iştirak etməyəcək

17 Noyabr 2023 01:10 Milli komanda 964
Ramil Şeydayev Belçika ilə oyunda iştirak etməyəcək

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev səfərdə Belçika yığmasına qarşı AVRO-2024-ün seçmə mərhələsinin sonuncu oyununda iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, buna 27 yaşlı hücumçunun İsveçlə matçda sarı vərəqə alması səbəb olub.

29-cu dəqiqədə hakimə etiraz etdiyi üçün xəbərdarlıq alan forvard cəzalı duruma düşüb.

Azərbaycan - İsveç oyununda ilk hissə oynanılır və yığmamız 2:0 hesabı ilə öndədir.

Noyabrın 19-da Brüsseldə reallaşacaq Belçika - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO