Azərbaycanın oyununa 30 min satış oldu – Bu ölkədə

17 Noyabr 2023 08:50 Milli komanda 686
Azərbaycanın oyununa 30 min satış oldu – Bu ölkədə

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Brüsseldə keçiriləcək Belçika - Azərbaycan oyununa satılan biletlərin sayı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Belçikanın "Sporza" nəşri məlumat yayıb. “King Baudouin Stadium”da keçiriləcək matça 30 minə yaxın bilet alınıb. Arena 50 min azarkeş tutumuna malikdir.

Belçika Avro-2024-ün F qrupunda 17 xalla liderdir. Komanda artıq final mərhələsinə vəsiqəni təmin edib.

Azərbaycan yığması seçmə mərhələnin F qrupunda sonuncu matçını Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti