Azərbaycan millisi İsveçi darmadağın etdi - YENİLƏNİB

16 Noyabr 2023 22:50 Milli komanda 1 153
Azərbaycan millisi İsveçi darmadağın etdi - YENİLƏNİB

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İsveçlə üz-üzə gələcək.

Matçı isveçrəli qadın FIFA referisi Ester Ştaublinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək. F qrupunda yer alan hər iki kollektiv final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirib.

Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar.

21:00. Azərbaycan - İsveç 3:0

Qollar: Emin Mahmudov, 3, Renat Dadaşov, 6, Emin Mahmudov, 89

Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 57 (Azərbaycan)

Baş hakim: Ester Ştaubli (İsveçrə).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Rəşad Əzizov, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Turan Manafov, 14. Eddi İsrafilov, 15. Amin Seydiyev, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Nəriman Axundzadə, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf (k), 4. Filip Helander, 9. Yens Kayuste, 10. Emil Forsberq, 13. Ken Sema, 14. Linus Valkfist, 17. Viktor Qyökeres, 18. Samuel Qustafson, 19. Mattias Svanberq, 21. Deyan Kuluşevski.
Ehtiyat oyunçular: 12. Viktor Yohansson, 23. Kristoffer Nordfeldt, 2. Emil Kraft, 5. İsak Hin, 6. Niklas Hult, 7. Viktor Klaesson, 8. Albin Ekdal, 11. Markus Roden, 15. Karl Starfelt, 16. Huqo Larsson, 20. Kristoffer Olsson, 22. Robin Kayson.
Baş məşqçi: Yanne Andersson.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti