İsveçin son 10 səfəri ilə bağlı ÜMİD VERƏN TABLO

16 Noyabr 2023 20:40 Milli komanda 768
İsveçin son 10 səfəri ilə bağlı ÜMİD VERƏN TABLO

Bu axşam Bakıda Azərbaycan – İsveç qarşılaşması baş tutacaq.

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində üz-üzə gələcək komandaların görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İsveç seçməsinin də bizimkilər kimi ilk iki yerdən birini tutmaq arzusu çoxdan “suya düşüb”. Son 2 turda əsas mübarizə qrup üçüncülüyü uğrunda gedəcək.

Canni de Byazinin rəhbərlik etdiyi kollektiv skandinavları məğlub edə bilsə, xalların sayı bərabərləşəcək (7 xal). Əks halda, bizimkilər qrup sonuncusu olmamaq uğrunda mübarizə aparacaq.

İsveç millisinin heyətində hər nə qədər güclü futbolçular cəmlənsə də, bu rəqib heç də keçilməz deyil. Xüsusən səfər oyunlarında.

Yığmamızın rəqibinin son 10 səfər oyununa nəzər salanda cəmi 3 qələbəyə sevindiklərini görmək mümkündür. Düzdür, rəqibləri güclü olub. Lakin siyahıda Gürcüstanın adının olması bizimkilər ümidləndirməlidir.

Yan Olof Anderssonun rəhbərlik etdiyi komandanın son 2 ildə, başqa cür desək, son 10 səfər qarşılaşmasındakı göstəriciləri:

Gürcüstan – İsveç 2:0

İspaniya – İsveç 1:0

Polşa – İsveç 2:0

Sloveniya – İsveç 0:2

Norveç – İsveç 3:2

Serbiya – İsveç 4:1

Meksika – İsveç 1:2

Avstriya – İsveç 2:1

Estoniya – İsveç 0:5

Belçika – İsveç 1:1

Odur ki, azarkeşlərin dəstəyi altında bu komanya qarşı Bakıda layiqli mübarizə aparıb qələbə qazanmaq mümkündür.

Bu axşam saat 21:00-da İsveçlə üz-üzə gələcək Azərbaycan yığması noyabrın 19-da səfərdə Belçikanın qonağı olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti