Bu gün saat 21:00-da milli komandamız AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveç ilə qarşılaşacaq.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, bu matç prestij baxımından futbolçularımız üçün əhəmiyyətli ola bilər:
“Etiraf edək ki, qarşılaşmaya maraq elə də böyük deyil. Səbəb aydındır - De Byazili komandanı əksəriyyət bəyənmir.
Futbolçulara tövsiyəm odur ki, ölkənin adına, azarkeşlərə görə mübarizə aparsınlar. Yalnız bunun üçün vuruşsunlar.
İsveçin də heç bir iddiası qalmadığından, bu matça motivasiya olunmada problemlər yaşaya bilər, özlərini zədəyə görə risk etməzlər.
Amma kağız üzərində favorit yenə qonaqlardır. Məğlub olsaq, təəccüblü heç nə olmayacaq.
Qalib gəlsək, sürpriz etmiş olarıq. Ümid sonda ölür, oynamaq lazımdır”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

