De Byazi üzünü 4 futbolçumuza tutub dedi ki... SÖHBƏT VAR!

16 Noyabr 2023 14:40 Milli komanda 1 117
De Byazi üzünü 4 futbolçumuza tutub dedi ki... SÖHBƏT VAR!

Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti görüşünü keçirəcək.

Canni de Byazinin yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda İsveç seçməsini qəbul edəcək.

Yığma üzvlərinin bəziləri bu oyunda son dərəcə diqqətli olmalıdır. Söhbət əsas heyət üzvləri Emin Mahmudov, Ramil Şeydayev, Toral Bayramov və Elvin Cəfərquliyevdən gedir.

Sözügedən futbolçular seçmə mərhələ matçlarında hərəyə 2 sarı vərəqə görüb. Bu axşam alacaqları mümkün “sarı” Belçika ilə oyunu kənardan izləmək anlamına gələcək.

De Byazi oyunöncəsi iclasdan bu futbolçulardan son dərəcə diqqətli olmağı xahiş edib.

Millimiz 6 oyundan sonra topladığı 4 xalla yer aldığı F qrupunda 5 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Bu axşam saat 21:00-da İsveçlə üz-üzə gələcək Azərbaycan yığması noyabrın 19-da səfərdə Belçikanın qonağı olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti