Yığmamız Avropa çempionatına 0:0-la başladı

16 Noyabr 2023 00:50 Milli komanda 732
Yığmamız Avropa çempionatına 0:0-la başladı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Lüksemburqda təşkil olunmuş qarşılaşmada Bosniya və Herseqovina ilə qarşılaşan milli heç-heçə edib – 0:0.

U-19 seçmə mərhələdə növbəti oyununu noyabrın 18-də Niderlandın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO