“Mançester Yunayted"in müdafiəçisi: “Azərbaycanla matçı səbirsizliklə gözləyirəm”

15 Noyabr 2023 23:20 Milli komanda 560
“Mançester Yunayted"in müdafiəçisi: “Azərbaycanla matçı səbirsizliklə gözləyirəm”

"Səfərdə oynamaq həmişə çətindir.

Sabah azarkeşlər də rəqibi dəstəkləyəcəklər".

Sportinfo.az xəbər verir ki, bu sözləri İsveç millisinin kapitanı Viktor Lindelöf Avro-2024-üç seçmə mərhələsinin Azərbaycanla oyunundan öncə mətbuat konfransında deyib.

"Mançester Yunayted"in müdafiəçisi sabahkı oyunu səbirsizliklə gözlədiyini bildirib:

"Biz daha əvvəl bir neçə yaxşı komandaya qarşı oynamışıq. Düşünmürəm ki, azarkeş amili bizim üçün problem olacaq.

Həm yaxşı atmosferi, həm də oyunu səbrsizliklə gözləyirik".

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək Azərbaycan - İsveç matçı saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti