"Qarabağ"ın rəqibi avrokuboklarda iştirak etməyəcək?

15 Noyabr 2023 08:50 Milli komanda 2 420
"Qarabağ"ın rəqibi avrokuboklarda iştirak etməyəcək?

Norveçdə 2023-cü il futbol mövsümünün qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Bude-Qlimt" finişə 2 tur qalmış çempionluğu rəsmiləşdirib.

Xyetil Knutsenin komandası 28-ci turda "Olesund" üzərində 1:0 hesablı qələbə qazanaraq xalını 67-ə yüksəldib və ikinci pillədəki "Brann"la aralarındakı 9 xallıq fərqi saxlayıb.

Beləliklə, son iki oyunun nəticəsindən asılı olmayaraq, "Bude Qlimt" tarixində dördüncü dəfə ölkəsinin ən güclüsü olub.

Avrokuboklara oynamağa imkan verən ikinci və üçüncü yer uğrunda gərgin mübarizə isə son tura qədər "Brann" (58 xal), "Tromse" (57 xal) və "Vikinq" (55 xal) arasında gedəcək.

Avroliqanın qrupunda "Qarabağ"ın rəqibi olan və hazırda 47 xalla 5-ci yerdə qərarlaşan "Molde" isə bu mövsüm çempionat yolu ilə qitəmiqyaslı yarışlara vəsiqə qazanmaq hüququnu itirib.

Amma onlar ölkə kubokunun finalında də yarışacaqlar. "Molde" dekabrın 9-u "Bude Qlimt"ə qarşı keçiriləcək həlledici görüşdə qalib gəlsə, 2024/25 mövsümündə avrokuboklara qatıla biləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti