Azərbaycanla oyuna çıxmayacaq - “İnter”ə məxsus müdafiəçi

14 Noyabr 2023 22:40 Milli komanda 804
Azərbaycanla oyuna çıxmayacaq - “İnter”ə məxsus müdafiəçi

Belçika millisinin futbolçusu Zinyo Vanheusden AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, buna səbəb 24 yaşlı mərkəz müdafiəçisinin zədələnməsidir.

O, icarə əsasında çıxış etdiyi Belçikanın “Standard” klubunun son oyununda xəsarət alıb.

Müqavilə ilə İtaliya “İnter”inə məxsus olan Vanheusden həkim müayinəsindən sonra yığmanın heyətindən çıxarılıb. O, həmçinin Serbiya ilə yoldaşlıq görüşündə də iştirak etməyəcək.

Belçika noyabrın 15-də Serbiyanı, 19-da isə Azərbaycanı qəbul edəcək. Belçika hazırda 17 xalla F qrupuna başçılıq edir. Millimiz isə 4 xalla dördüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO