De Byazi milliyə kimi çağırmasından xəbərsizdir?

14 Noyabr 2023 02:00 Milli komanda 1 364
De Byazi milliyə kimi çağırmasından xəbərsizdir?

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsinin Belçika və İsveçlə oyunları üçün heyəti açıqlanıb.

Maraqlıdır ki, adı siyahıda olan və yerli çempionatda oynayan milli üzvlərindən ikisi son turda meydana çıxmayıb

. Onlardan biri Rahil Məmmədovdur. Lakin onun adı "Qarabağ" - "Səbail" görüşünün iştirak ərizəsində olub və müdafiəçi sona qədər ehtiyat skamyada oturub.

Digər futbolçu isə Aleksey İsayevdir. 28 yaşlı futbolçunun adı isə ümumiyyətlə, Premyer Liqanın 13-cü turunun "Turan Tovuz" – "Sabah" görüşünün iştirak ərizəsinə daxil edilməyib.

Araşdırmamızdan sonra məlum olub ki, İsayev zədəlidir. O, sonuncu dəfə 12-ci turun “Zirə” ilə (0:1) görüşündə oynamış və ikinci yarıda yerini Ayaz Quliyevə vermişdi.

Sportal.az-a daxil olan məlumata görə, İsayev zədəli halda yığmaya cəlb edilib. Hətta futbolçunun məşq etmədiyi və zədəsini sağaltmaqla məşğul olduğu bildirilir.

Maraqlıdır ki, futbolçu zədəli ola-ola Canni De Byazinin Belçika və İsveçlə görüşlər üçün siyahısına necə daxil edilib?

Görünən budur ki, ölkə çempionatının matçlarını daim izlədiyini bildirən Canni De Byazinin 13-cü turda meydanda belə olmayan İsayevin son durumundan xəbəri də yoxdur.

Azərbaycan millisi noyabrın 16-da Bakıda İsveçi qəbul edəcək. Üç gündən sonra isə Belçikanın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu