De Byazinin anlaşılmaz 5 qərarı - SİYAHI

14 Noyabr 2023 19:40 Milli komanda 1 872
De Byazinin anlaşılmaz 5 qərarı - SİYAHI

Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsinin son iki oyunu üçün heyəti müəyyənləşib.

Baş məşqçi Canni De Byazi yığmaya 27 futbolçu dəvət edib.

Bu dəfə də italiyalı mütəxəssis anlaşılmaz qərarları ilə yadda qalıb.

Əcnəbi mütəxəssisin qaranlıq qalan seçimləri barədə bir-bir...

1. Yusif İmanov - Gənc qapıçı hazırda klubunda elə də yaxşı günlər yaşamır. Baş məşqçi onu ehtiyata göndərmək üçün öncə Rüstəm Samiqullinə əsas heyətdə yer verdi. Effektiv olmayınca, əvəzedici komandaya göndərilən Nicat Mehbalıyev birbaşa əsas heyətə qaytarıldı. Son turda "Turan Tovuz"la matçda da ilk onbirlikdə o idi. Məsələn, ötən seçmə mərhələ oyunları öncəsi İmanov əsas milliyə dəvət alması daha məntiqli idi, nəinki indi.

2. Aeksey İsayev - "Sabah" digər futbolçusu hazırda zədədən əziyyət çəkir. O, bu səbəbdən "Turan Tovuz"la son tur matçını da kənardan izləmək məcburiyyətində qalıb. Bildiyimiz qədərilə yarımmüdafiəçi məşqlərə belə çıxmır. Belədə 3 gün sonra İsayev milliyə nə kömək edə bilər ki? Onun yerinə daha hazırlıq futbolçu çağırmaq məntiqli olardı. Məsələn, Namiq Ələsgərov kimi. Fərqli mövqedə çıxış etsə belə. Adam son turlar çox yaxşı performans göstərir. "Sabah"ın ciddi itkiləri fonunda liderlik keyfiyyətlərin ortaya qoya bilir. Yəqin ki, dəvət alsa, milli üçün də faydalı olardı.

3. Emil Səfərov - "Qəbələ"nin gənc futbolçusu Premyer Liqanın son 3 turunu zədə səbəbindən buraxıb. İstedadlı yarımmüdafiəçi faktiki olaraq 2 həftədən artıqdır yaşıl meydanlara həsrət qalıb. Yəqin ki, özünə gəlməsi, bərpa olunması üçün ən azı 2 həftə də lazım olacaq. Amma De Byazi zədəli Emilin də xidmətində maraqlıdır. Niyə?

4. Rahil Məmmədov - Təcrübəli müdafiəçi son 4 Premyer Liqa görüşündə cəmi 1 oyun keçirib. O da "atlılar"ın "Araz Naxçıvan"a 1:2 hesablı məğlubiyyəti yaşanan matçda. Avrokuboklardakı görüşlərdə isə 1 dəqiqə belə meydanda olmayıb. Rahil millinin son iki oyununda yaxşı performans göstərib. Amma son bir ayda demək olar günü ehtiyat skamiyada, bəzən də tribunada keçib. Əsas milliyə isə ən son durumu əla olanlar dəvət edilməlidir. Daha bir ay əvvəlki performansa görə yox.

5. Bəxtiyar Həsənalizadə - O, sonuncu dəfə milliyə ötən tskl dəvət alanda klubunda meydana çıxmamışdı. Amma 30 yaşlı legionerimiz arxada qalan müddətdə "Tuzlaspor"un əsas heyətində möhkəmlənə bilib. Artıq davamlı start "11-lik"də meydana çıxır. Mövsümə uğursuz başlayan Türkiyə təmsilçisinin son oyunlardakı nəticələri də ürəkaçandı. Və bunun fonunda Bəxtiyara əsas milliyə dəvət alan 26 nəfərlik siyahıda yer tapılmayıb.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti