Azərbaycanın dünya çempionatında keçirdiyi son oyundan VİDEO+FOTOLAR

6 Noyabr 2023 09:20 Milli komanda 662
Azərbaycanın dünya çempionatında keçirdiyi son oyundan VİDEO+FOTOLAR

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün 3-cü yer uğrunda oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığmanın rəqibi Macarıstan olub.

Dörd qolun qeydə alındığı bu görüşdə Azərbaycan millisi 1:3 hesabı ilə uduzub.

Son Avropa çempionu olan Azərbaycan yığması mundialın qrup mərhələsini maksimum nəticə göstərərək lider kimi başa vurmuşdu.

Qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn Azərbaycan 1/8 finalda Portuqaliya (3:0), 1/4 finalda isə Bolqarıstanı (3:1) mübarizədən kənarlaşdırmışdı.

Lakin yığma ötən gün yarımfinalda Qazaxıstana uduzub – 2:3.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti