Tanınmış telejurnalst: "Məğlubiyyət bu qədər təsir edirsə..." - VİDEO

5 Noyabr 2023 11:55 Milli komanda 887
Tanınmış telejurnalst: "Məğlubiyyət bu qədər təsir edirsə..." - VİDEO

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında üçüncü yer uğrunda görüşdə Macarıstanla üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov millimizin mundialda çıxışı barədə fikirlər səsləndirib.

O, deyib ki, bu çempionat futbolçularımız üçün eyni zamanda böyük təcrübə oldu:

“Əvvəl də qeyd etdiyim kimi nəticə nə olursa olsun, minifutbolçularımız bizim üçün çempiondurlar.

Həm yarımfinalda, həm də 3-cü yer üçün qarşılaşmalarda daha yaxşı təsir bağışlayan tərəf olsaq da, müdafiə olunmada edilən səhvlər baha başa gəldi.

Futbolçularımız yarımfinal matçından sonra göz yaşlarını saxlaya bilməyiblər. Yəni, məğlubiyyət bu qədər təsir edirsə, bununla futbolçularımız barışa bilmirlərsə, deməli, həm də vətənpərvərlik də ən yüksək səviyyədədir.

Sevindirici haldır ki, bu gün ölkəmizdə minifutbola maraq çox böyükdür. Bu prosesdə Azərbaycan Minifutbol Federasiyasının təqdirəlayiq fəaliyyəti xüsusi vurğulanmalıdır.

Təkcə onu demək kifayət edər ki, Azərbaycan Minibutbol Federasiyasının qısa zaman kəsiyində əldə etdiyi uğur, bəlkə də bu sahədə ənənəsi olan böyük dövlətlərin onilliklər ərzində qazandıqları nailiyyətlərdən, uğurlardan böyükdür.

Mundialı dördüncü sırada başa vurmaq da debüt iştirak üçün mküəmməl nəticədir”.\

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti