Azərbaycan millisi dünya çempionatını 4-cü yerdə bitirdi

4 Noyabr 2023 19:50 Milli komanda 766
Azərbaycan millisi dünya çempionatını 4-cü yerdə bitirdi

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün 3-cü yer uğrunda oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığmanın rəqibi Macarıstan olub.

Bu görüşdə Azərbaycan millisi 1:3 hesabı ilə uduzub.

Son Avropa çempionu olan Azərbaycan yığması mundialın qrup mərhələsini maksimum nəticə göstərərək lider kimi başa vurmuşdu.

Qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn Azərbaycan millisi 1/8 finalda Portuqaliya (3:0), 1/4 finalda isə Bolqarıstanı (3:1) mübarizədən kənarlaşdırmışdı.

Lakin yığma ötən gün yarımfinalda Qazaxıstana uduzub - 2:3.

Macarıstan - Azərbaycan 3:1

Qollar: Ladani David, 4, Kövesdı Zsombo, 12, Kozo Viktor, 47 - Elvin Əlizadə, 44

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti