Azərbaycan bu gün DÇ-da 3-cü yer uğrunda oyuna çıxacaq

4 Noyabr 2023 11:00 Milli komanda 813
Azərbaycan bu gün DÇ-da 3-cü yer uğrunda oyuna çıxacaq

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün sonuncu oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv üçüncü yer uğrunda görüşdə Macarıstanla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycan yığması yarımfinalda Qazaxıstana 2:3 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti