Azərbaycan millisi dünya çempionatının yarımfinalında uduzdu

3 Noyabr 2023 21:28 Milli komanda 995
Azərbaycan millisi dünya çempionatının yarımfinalında uduzdu

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Yığmamızın qollarını Eşqin Tağıyev vurub.

Azərbaycan millisi üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO