Azərbaycan millisi bu gün finala vəsiqə qazanacaqmı? - Dünya çempionatı

3 Noyabr 2023 18:20 Milli komanda 734
Azərbaycan millisi bu gün finala vəsiqə qazanacaqmı? - Dünya çempionatı

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün yarımfinal oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri Qazaxıstanla üz-üzə gələcəklər.

Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Mundialın qrup mərhələsində Qananı 7:0, Hindistanı 16:0, Birləşmiş Ərəb Əmirliklərini 2:1 hesabı ilə məğlub edən Qazaxıstan 1/8 finalda Meksikanı (0:0), 1/4 finalda isə Çexiyanı (3:3) oyunsonrası penaltilər seriyasında üstələyib.

Qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn Azərbaycan millisi isə növbəti mərhələlərdə müvafiq olaraq Portuqaliya (3:0) və Bolqarıstanı (3:1) mübarizədən kənarlaşdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti