"Rəqib də, biz də güclüyük" - Azərbaycan millisinin baş məşqçisi

3 Noyabr 2023 14:20 Milli komanda 857
"Rəqib də, biz də güclüyük" - Azərbaycan millisinin baş məşqçisi

"Rəqib də, biz də güclüyük. Meydana qələbə üçün çıxacağıq".

Sportinfo.az xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında Qazaxıstana qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Mütəxəssis finala gedən yolda qalibiyyətə ümid etdiklərini bildirib:

"Mən hər zaman komandama inanıram. Amma oyunun yaxşı alınmasından çox şey asılıdır. Xalqımıza final sevinci yaşatmaq istəyirik".

Quliyev Bolqarıstana 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final oyununa da toxunub:

"Maraqlı qarşılaşma alındı. Rəqib çox yaxşı komandadır.

Onlara qarşı çıxış etmək bütün kollektivlər üçün çətindir. Oyunçuları və xalqımızı qələbə münasibəti ilə təbrik edirəm".

Bu gün reallaşacaq Azərbaycan - Qazaxıstan qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti