Dünya Azərbaycanın bu komandasından danışır… VİDEO

3 Noyabr 2023 11:20 Milli komanda 1 057
Dünya Azərbaycanın bu komandasından danışır… VİDEO

Minifutbol üzrə Azərbaycan millisi BƏƏ-nin Ras Əl-Xayma şəhərində keçirilən dünya çempionatında Bolqarıstanı 3:1 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb.

Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərov millimizin ərəb torpağında yazdığı tarix haqda maraqlı şərh verib:

"Federasiya rəhbərliyindən məşqçilərə, məşqçilərdən futbolçularına qədər hər birini ayrı-ayrılıqda təbrik edirik.

Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovun, federasiyanın icraçı vitse-prezidenti Taleh Nəsibovun gördüyü işlər təqdirəlayiqdir.

Millimiz mundiala mükəmməl şəkildə hazırlaşıb. Taktiki, mental olaraq buna çox inanıblar. İnananlar isə həmişə istədiklərinə nail olurlar.

Çempionatın bunaqədər olan hissəsində iki fərqli milli izlədik - qrup mərhələsi və ondan sonrakı period.

Məşqçi işinin yüksək səviyyədə icrasının şahidi olduq. Elşad Quliyev və məşqçilər korpusuna yağlı "5" düşür.

Portuqal, bolqar - heç biri fərq etməz. Çünki futbolçularımız hədəfə çox düzgün şəkildə kökləniblər.

Tarixdə ilk dəfə iştirak etdiyimiz dünya çempionatında tarix yazmağa davam edirik. İnşallah, çempion olaraq, vətənə dönərlər.

Nəticə nə olursa olsun, minifutbolçularımız bizim üçün indidən çempiondurlar!".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti