Azərbaycan yığması DÇ-da yeni tarix yazır - VİDEO+FOTOLAR

3 Noyabr 2023 00:50 Milli komanda 703
Azərbaycan yığması DÇ-da yeni tarix yazır - VİDEO+FOTOLAR

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/4 final oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçilik etdiyi komandanın rəqibi Bolqarıstan olub.

Rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan millisi yarımfinala yüksəlib. Komanda yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Görüş noyabrın 3-də keçiriləcək.

Son Avropa çempionu olan Azərbaycan yığması mundialın G qrupunda mübarizəni maksimum nəticə ilə başa vurub - 3 oyun, 9 xal.

Milli qrupda həm Misirə, həm İraqa, həm də Küveytə qalib gəlib. Azərbaycan ötən gün 1/8 finalda Portuqaliyanı məğlub edib.

Azərbaycan - Bolqarıstan - 3:1

Qollar: Vüsal İsayev 28, Rəvan Kərimov, Mirmehdi Rzayev 38 - Vəli Qafarov (avtoqol)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti