Azərbaycan millisinin 5 futbolçusu hərbi xidmətə aparıldı - SON DƏQİQƏ

2 Noyabr 2023 15:00 Milli komanda 7 858
Azərbaycan millisinin 5 futbolçusu hərbi xidmətə aparıldı - SON DƏQİQƏ

Bu ay Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 19 yaşlılardan ibarət milli gözlənilməz vəziyyətlə üzləşib.

Yığmanın birdən-birə 5 futbolçusu həqiqi hərbi xidmətə çağırılıb.

Bunlar Lətif Rzayev, İbrahim Ağayarov, Hacıəli Şirəliyev, Samir Ağayev və Murad Musayevdir.

Əsgərlik müddəti çatan oyunçular U-19-un tərkibində Lüksemburqa yollana bilməyəcək.

AFFA möhlət hüququndan yararlanmaq istəsə də, heç nəyə nail ola bilməyib və beləcə, baş məşqçi Aqil Nəbiyev çox çətin durumda qalıb.

Lüksemburqda isə onu və komandasını çox çətin sınaq gözləyir.

Milli seçmə mərhələdə ev sahibləriylə yanaşı, Niderland, həmçinin Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti