Azərbaycan Portuqaliyanı uddu, DÇ-da 1/4 finala yüksəldi!

1 Noyabr 2023 19:25 Milli komanda 1 200
Azərbaycan Portuqaliyanı uddu, DÇ-da 1/4 finala yüksəldi!

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə start verilir.

Sportinfo.az xəbər verir ki, qrup mərhələsini lider tamamlayan Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv H qrupunu 2-ci pillədə başa vuran Portuqaliya seçməsi ilə üz-üzə gəlib.

Millimiz bu görüşdə qalib gələrək 1/4 final mərhələsinə adlayıb. Bu mərhələdəki rəqibimiz Bolqarıstan - İngiltərə görüşündən sonra bəlli olacaq.

Azərbaycan - Portuqaliya 3:0
Qollar:
Mirmehdi Rzayev 30, Elvin Əlizadə 45, Rəvan Kərimov 50

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO