Azərbaycanlı futbolçular "oğurluq" edə bilmir - Meydanda

1 Noyabr 2023 13:40 Milli komanda 745
Azərbaycanlı futbolçular "oğurluq" edə bilmir - Meydanda

AVRO-2024-ün seçmə mərhələ oyunları ilə əlaqəli bəzi statistik göstəricilər məlum olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi qarşılaşmalar ərzində rəqibdən top "oğurlamaq"da (207 dəfə) sonuncu pillələrdədir.

Komanda 52 ölkə arasında 47-cidir. Yığma qapıya zərbələrdə (45) də eyni mövqedə qərarlaşıb.

Canni De Byazinin baş məşqçisi olduğu kollektiv ötürmə dəqiqliyinə (79,7 faiz) görə yalnız 31-ci ola bilib.

Təmsilçimiz vurulan qol sayında da bir çoxlarından geridədir. 6 görüşdə rəqib qapılarına 4 dəfə yol tapan milli 44-cü sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO