Təmkin qol vurdu, milli 1/8 finala vəsiqəni təmin etdi – VİDEO+FOTOLAR

30 Oktyabr 2023 01:10 Milli komanda 1 408
Təmkin qol vurdu, milli 1/8 finala vəsiqəni təmin etdi – VİDEO+FOTOLAR

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığmamız Misirlə üz-üzə gəlib.

Matç komandamızın 4:1 hesablı qələbəsi ilə bitib. Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar.

Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran Azərbaycan millisi son turun nəticələrindən asılı olmayaraq həm qrup birinciliyini, həm də 1/8 finala vəsiqəni təmin edib.

Qrupdakı digər matçda heç-heçə qeydə alınıb - İraq - Küveyt - 5:5.

Azərbaycan millisi qrupdakı son matçında oktyabrın 31-də Küveytlə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO