Azərbaycan yığması 4:1-lə dünya çempionatında mərhələ adladı

29 Oktyabr 2023 21:40 Milli komanda 957
Azərbaycan yığması 4:1-lə dünya çempionatında mərhələ adladı

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin komandası ikinci turda bu gün Misirlə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb.

Azərbaycan millisinin qollarını Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar. Bu qələbə ilə Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazanıb.

İlk oyunda İraqı 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi oktyabrın 31-də Küveytlə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO