«İcraiyyə Komitəsinin üzvləri hər dəfə baş katibin ağzının üstündən vurublar».
Bu iddia futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində AFFA-nın baş katibi Sərxan Hacıyevin İcraiyyə Komitəsinin üzvləri tərəfindən təkləndiyini bildirib.
Tanınmış teleşərhçi deyib ki, o, millinin yerli məşqçilərdən birinə tapşırmaq təşəbbüsü ilə çıxış edib, fəqət, hər dəfə ali qərarverixi orqanın təmsilçiləri bu fikrin əleyhinə çıxıb.
Hacıyevin doğru qənaətdə olduğunu, lakin dəstəklənmədiyini söyləyən Abbasov qeyd edib ki, Canni De Byazi öz üzərinə düşən işi yerinə yetirmir:
«O, özünü şərhçi kimi aparır və bu cür danışır. Bu heyətlə yaxşı nəticə əldə etmək mümkün idi.
Qrupda 4 xal toplamaq üçün bizə əcnəbi baş məşqçi lazım deyil. De Byazi isə bu azmış kimi bizə minnət qoyur».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

