Azərbaycan İraqa bu qollarla qalib gəldi - VİDEO+FOTOLAR

29 Oktyabr 2023 00:50 Milli komanda 1 031
Azərbaycan İraqa bu qollarla qalib gəldi - VİDEO+FOTOLAR

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatına qələbə ilə başlayıb.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri mundialdakı debüt matçında İraqa qalib gəlib.

Mirmehdi Rzayevin 16-cı, Elvin Əlizadənin isə 28-ci dəqiqədə vurduğu qol sayəsində Azərbaycan yığması 2:0 hesablı qələbə qazanıb.

Qrupun digər qarşılaşmasında Misir Küveyti eyni hesabla üstələyib.

G qrupunda yer alan Azərbaycan millisi növbəti matçını oktyabrın 29-da Misirə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti