Azərbaycan millisinin baş məşqçisi: "Bir az həyəcan var idi"

28 Oktyabr 2023 12:40 Milli komanda 671
Azərbaycan millisinin baş məşqçisi: "Bir az həyəcan var idi"

"Dünya çempionatında ilk oyun idi.

Debüt matçında bir az həyəcan hiss edilirdi".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında İraq yığmasına 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşma barədə danışarkən deyib.

Mütəxəssis görüşdən əvvəl havanın yaxşı olmadığını bildirib:

"Gün ərzində yağış yağdığı üçün meydanın vəziyyəti bizə çətinlik yaratdı. Buna baxmayaraq, öz oyunumuzu sərgiləməyə çalışdıq. Nəticədə qələbə qazana bildik".

Quliyev G qrupunda Misir yığmasına qarşı növbəti oyuna da ciddi hazırlaşdıqlarını söyləyib:

"Rəqibi dünən stadionda canlı izləmişik və təhlil etmişik. Həmin matçda da qələbə qazanaraq xalqımızı sevindirəcəyimizə inanırıq".

Azərbaycan - Misir görüşü oktyabrın 29-da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti