
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi dünən Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.
Füzuli Məmmədovun komandası Lüksemburqu qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Millinin qolunu 51-ci dəqiqədə Tuncay Əhmədov vurub.
İlk matçda Serbiyaya 1:5, 2-ci oyunda Sloveniyay 0:3 hesabı ilə uduzan yığma 1 xalla qrup sonuncusu olub. Birinci yeri Serbiya (7 xal), 2-ci yeri Sloveniya (5 xal), 3-cü yeri isə Lüksemburq (2 xal) tutub.
Gözlənildiyi kimi, belə yekun AFFA rəhbərliyinin xoşuna gəlməyib. Bu, Füzuli Məmmədovun sonunu demək olar yaxınlaşdırıb.
Üç ildir yığmaları dolaşan məşqçi ilə yeni müqavilənin imzalanması nəzərdə tutulmur.
«Neftçi»nin sabiq çalışdırıcısının federasiyada yeganə və əsas dəstəkçisi texniki direktor Cahangir Həsənzadədir. F.Məmmədov daim «Caqa» ləqəbli funksonerin tapşırıq və göstərişləri əsasında işini görüb, sözündən kənara çıxmayıb.
Ona kömək eləsə, yalnız Həsənzadə edəcək. Amma o və Məmmədov bilsin ki, prezident Rövnəq Abdullayev və baş katib
Sərxan Hacıyev onunla əməkdaşlığın davam etməsinin əleyhinədir.
SPORTİNFO.AZ