Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, son Avropa çempionatının qalibi olan Elşad Quliyevin komandası İraqla qarşılaşıb.
Oyun Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

G qrupunun digər oyununda Misir Küveytə qalib gəlib (2:0).
G qrupunda yer alan Azərbaycan millisi oktyabrın 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.
Azərbaycan – İraq - 2:0
Qollar: Mirmehdi Rzayev, 16 (1:0), Elvin Əlizadə, 28-pen. (2:0)

