Azərbaycan yığması onlarla da bacarmadı, qrup sonuncusu oldu

27 Oktyabr 2023 22:40 Milli komanda 870
Azərbaycan yığması onlarla da bacarmadı, qrup sonuncusu oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Füzuli Məmmədovun komandası Lüksemburqu qəbul edib.

Oyun 1:1 hesabı ilə başa çatıb. Millinin qolunu 51-ci dəqiqədə Tuncay Əhmədov vurub.

İlk matçda Serbiyaya 1:5, 2-ci oyunda Sloveniyay 0:3 hesabı ilə uduzan Azərbaycan yığması 1 xalla qrup sonuncusu olub.

1-ci yeri Serbiya (7 xal), 2-ci yeri Sloveniya (5 xal), 3-cü yeri isə Lüksemburq (2 xal) tutub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO