Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarıldı

25 Oktyabr 2023 22:40 Milli komanda 694
Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarıldı

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər 5, 10, 15, 30 (VİP), 50 (VİP) və 200 (VİP) manatdır.

Azarkeşlər biletləri Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi və “iticket.az” satış məntəqələrindən əldə edə bilərlər.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti