Azərbaycan 1 addım irəli gedəcək – Kimi keçəcəyik?

25 Oktyabr 2023 11:00 Milli komanda 963
Azərbaycan 1 addım irəli gedəcək – Kimi keçəcəyik?

Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yığmaların oktyabr reytinqindəki təxmini mövqeləri bəlli olub.

Azərbaycan yığması 1155,91 xalla 120-ci yerdə qərarlaşacaq. Canni de Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 1 pillə irəliləyəcək.

Buna səbəb AVRO-2024-ün seçmə mərhələsinin bu ay baş tutan iki matçıdır.

Səfərdə Estoniyanı 2:0 hesabı ilə yenən millimiz evdə Avstriyaya uduzsa da (0:1), həm xal sayını, həm mövqeyini yaxşılaşdıracaq. Komandamız Kipr millisini keçəcək.

FİFA reytinqi oktyabrın 26-da açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO