Hökümət istəmədi, Azərbaycan minifutbol dünya çempionatında rəqibi dəyişdi

25 Oktyabr 2023 00:50 Milli komanda 813
Hökümət istəmədi, Azərbaycan minifutbol dünya çempionatında rəqibi dəyişdi

Azərbaycan minifutbol millisinin dünya çempionatında rəqiblərindən biri dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunacaq mundialda yığmamızla eyni qrupda yer alan Tunis turnirə qatılmayacaq.

O, Tunis hökumətinin millinin dünya çempionatında çıxışına icazə vermədiyini bildirib. Əvəzində Küveyt çempionata cəlb edilib.

Tunislə yanaşı, daha iki komanda DÇ-2023-də yer almayacaq. Bunlar Livan və İsraildir. Adı çəkilən millilərin imtinası səbəbindən onları yarışda müvafiq olaraq Bəhreynlə Əlcəzair əvəz edəcəklər.

Dünya çempionatına oktyabrın 26-da start veriləcək. G qrupunda yer alan Azərbaycan millisi ayın 27-də İraq, 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti