"Dua etdim ki, azərbaycanlı futbolçu qol vura bilməsin"

21 Oktyabr 2023 09:00 Milli komanda 504
"Dua etdim ki, azərbaycanlı futbolçu qol vura bilməsin"

Avstriya millisinin yarımmüdafiəçisi Nikolas Zayvald dünən Avro-2024-ün seçmə mərhələsində dünən keçirilən Azərbaycana qarşı matçda Toral Bayramovun son dəqiqədə əldən verdiyi yüzfaizli qol epizodunu şərh edib.

Sportinfo.az xəbəbr verir ki, o, həmin epizodda bəxtlərinin gətirdiyini deyib:

“Onun (Toral Bayramov - red) qapının önündə tək dayandığını görəndə sadəcə dua etməyə başladım ki, qol olmasın.

Zərbədən sonra top dirəyə dəyəndə çox rahatlaşdım. Həmin epizodda bəxtimiz gətirdi, amma sonda biz qələbəyə layiq idik".

Azərbaycanla dünənki matçda 1:0 hesabı ilə qələbə qazanan Avstriya "Avro-2024"ə vəsiqəni təmin edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti