"Hamımız şokda idik, azərbaycanlı oyunçunun bu şansı əldən verməsinə sevindim"

19 Oktyabr 2023 09:00 Milli komanda 823
"Hamımız şokda idik, azərbaycanlı oyunçunun bu şansı əldən verməsinə sevindim"

Avstriyanın hücumçusu Saşa Kalayciç AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Bakıda keçirilən oyunda (1:0) Azərbaycan yığmasının müdafiəçisi Toral Bayramovun əldən verdiyi şansı şərh edib.

Sportinfo.az xəbər verir ki, “LAOLA1”ə açıqlama verən forvard həmin epizodla bağlı bunları deyib:

"Hamımız şokda idik. Birdən qapının qarşısında özünü tək gördüm və heç kimin necə olacağı barədə heç bir fikri yox idi.

Yəqin ki, Azərbaycan millisinin futbolçusu topu artıq torda görürdü. Onun bu şansı əldən verdiyinə sevindim".

Avstriya Bakıdakı matçda Marsel Sabitzerin penaltidən vurduğu qolla qələbə qazanmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti