Millimizi uddular, aşağı qiymət aldılar - 1:0 Avstriya mediasının xoşuna gəlmədi

19 Oktyabr 2023 00:30 Milli komanda 730
Millimizi uddular, aşağı qiymət aldılar - 1:0 Avstriya mediasının xoşuna gəlmədi

Avstriyada millinin futbolçuları AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun dünən Bakıda Azərbaycana qarşı keçirilən oyundakı (1:0) performansına əsasən qiymətləndirilib.

Sportinfo.az xəbər verir ki, “Kleine Zeitung” nəşri avstriyalı futbolçuları 6 ballıq sistemlə qiymət verib.

Qələbəyə baxmayaraq, ən yüksək bal yalnız matçdakı yeganə qolun müəllifi Marsel Sabitzerə verilib (4 bal).

Avstriyalı həmkarlarımız digər oyunçularının əksəriyyətini 2-3 balla qiymətləndirib. Ümumilikdə isə Avstriya mediası onların Bakıdakı çıxışından razı qalmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti