"Azərbaycanla matçdan sonra bunu onların özlərinə dedim"

18 Oktyabr 2023 20:20 Milli komanda 994
"Azərbaycanla matçdan sonra bunu onların özlərinə dedim"

“Ən çətin qruplardan birinə düşmüşdük”.

Sportinfo.az xəbər verir ki, bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində yer aldıqları qrup barədə danışarkən deyib.

Almaniyalı mütəxəssis Azərbaycan yığmasının da mübarizə apardığı F qrupunda sona iki tur qalmış final mərhələsinə vəsiqə qazanmağın böyük uğur olduğunu bildirib:

“Bu cür çətin qrupda son oyunlar olmamış hədəfə çatdığımız üçün futbolçularımla fəxr edirəm. A

zərbaycanla matçdan sonra da bunu onların özlərinə dedim. Final mərhələsinə vəsiqə qazanmaq inanılmaz hissdir”.

Avstriya yığması oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gələrək, qrupu ilk iki pillədə bitirməyi təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO